Türkiyənin məşhur aktyoru Kadir İnanır 6 gün öncə şəxsi “İnstagram” səhifəsi açıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin “İnstagram” hesabını artıq 15 min nəfər izləməyə başlayıb.
İnanır yeni açdığı sosial şəbəkə hesabında 20 illik həyat yoldaşı ilə fotolarını paylaşıb.
Lakin sevənləri onun fotosuna ürək sözlərini yaza bilməyiblər. Buna səbəb məşhurun “İnstagram” hesabında şərh bölməsini bağlı saxlamasıdır.