Ana və körpəsi son anda belə xilas edildi - <span style="color:red;">FOTOLENT
31 oktyabr 2019 14:52 (UTC +04:00)

Ana və körpəsi son anda belə xilas edildi - FOTOLENT

Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə qadın oktyabrın 22-də uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub. 
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qadının üzərində USM müayinəsi aparılan zaman ciftin çapığa birləşməsi aşkar edilib. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.
 
Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.
 
Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib, uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır.
 
Həmçinin Ana və uşağın vəziyyəti qənaətnəxş qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar