
Kosmosa gedəcək növbəti ekspedisiyanın tərkibi açıqlandı
2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtları Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.
APA-nın TASS-a istinadla verdiyi məlumata görə, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skrypoçkanı əvəz edəcək.
ISS-ə 62-ci ekspedisiyadan sonra Kris Kassidi heyətin rəhbəri olacaq. Gözlənildiyi kimi, 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.
Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə, “Endeavour” kosmik gəmisində kosmik uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib. Ümumilikdə orbitdə 182 gün keçirib.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14