Könül Xasıyevanın konsertinə kimlər gələcək? -<span style="color:red;"> VİDEO
29 oktyabr 2019 14:19 (UTC +04:00)

Könül Xasıyevanın konsertinə kimlər gələcək? - VİDEO

Xalq artisti Könül Xasıyeva noyabrın 1 və 2-də Heydər Əliyev Sarayında solo konsert verəcək.

Lent.az-ın məlumatına görə, xanəndə “Yaşamağa varmı güman?” adı altında baş tutacaq konsertində sevilən mahnılarını oxuyacaq.

Saat 19:00-da başlayacaq gecədə Əməkdar artistlər Cabir Abdullayev, Könül Kərimova, xanəndə Mirələm Mirələmov, Feyruz Səxavət, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Rəqsanə İsmayılova, aşıqlar Əli Tapdıqoğlu, Samirə Əliyeva, Aşıq Zülfiiyyə də çıxış edəcək.

 

# 1407
avatar

Yalçın UĞUR

Oxşar yazılar