“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti hərracı keçiriləcək
29 oktyabr 2019 19:21 (UTC +04:00)

“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti hərracı keçiriləcək

Mədəniyyət Nazirliyi, “Auction Baku” Məhdud Məsuliyyətli Cəmiyyət və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il noyabrın 7-də saat 12:00-da “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti hərracı keçiriləcək.

Lent.az-ın məlumatına görə, hərrac respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçirilir.

Xatırladaq ki, bu il mayın 21-də “Auction Baku”nun Azərbaycanda ilk dəfə keçirdiyi hərrac ictimaiyyətdə böyük maraq yaratmış və Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınaraq yenidən keçirilməsi qərara alınıb.

Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.

 

Qeyd edək ki, alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparacaqlar. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, “Payızda-Yaz”,  Namiq Məmmədov “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əli “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsəri hərraca çıxarılacaq. Auksionda iştirak etmək üçün dəvətnamə tələb olunur.

 

Media nümayəndələri üçün giriş sərbəstdir.

 

# 1386
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar