
Azay Quliyev Almaniyanın ölkəmizə yeni təyin olunan səfiri ilə görüşüb
Bakı Parlament Platformasının (BPP) koordinatoru, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın ölkəmizə yeni təyin olunan səfiri Volfqanq Maniq və səfirliyin birinci katibi Andreas Holt ilə görüşüb.
Lent.az xəbər verir ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasındakı əlaqələrin mövcud vəziyyəti, 2019-cu ilin iyunun 12-də Azərbaycan, Almaniya və Tükiyənin birgə təşəbbüsü ilə yaradılmış Bakı Parlament Platforması və eləcə də ATƏT Parlament Assambleyasında Almaniya və Azərbaycan arasındakı münasibətlər müzakirə edilib.
Səfir Volfqanq Maniq Bakı Parlament Platformasının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq Almaniya dövlətinin bu platformanın fəaliyyətində maraqlı olduğunu bildirib. V.Maniq bu platformanın ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda regional təhlükəsizliyə böyük töhfə verəcəyinə ümid etdiyini deyib.
Azay Quliyev BPP-nin 2020-ci ilin iyun ayında keçiriləcək Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransına hazırlıq barədə səfirə ətraflı məlumat verərək BPP-yə yeni üzvlük müraciətləri ilə bağlı müvafiq tədbirlərin görüldüyünü qeyd edib. A. Quliyev həmçinin, ATƏT PA çərçivəsində iki dövlətin nümayəndə heyətləri arasında olan yüksək əməkdaşlıq səviyyəsi barədə də fikirlərini bölüşüb.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13