Şadlıq saraylarına növbəti <span style="color:red;">XƏBƏRDARLIQ  - <span style="color:red;">RƏSMİ
28 oktyabr 2019 13:51 (UTC +04:00)

Şadlıq saraylarına növbəti XƏBƏRDARLIQ - RƏSMİ

 
 
“Havaya atılmaların qarşısı alınmalıdır. Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb”.
 
Lent.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. 
 
“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar