
AZAL-ın uçuş rejimi dəyişdi
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qış uçuş cədvəli 27 oktyabr tarixindən qüvvəyə minib.
“APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı, Ankara, Antalya, Pekin, Berlin, Dubay, Gəncə, İstanbul, Ciddə, Küveyt, London, Milan, Moskva, Naxçıvan, Nyu-York, Paris, Sankt-Peterburq və Tel-Əviv istiqamətləri üzrə birbaşa reyslər həyata keçiriləcək.
Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək.
Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək.
Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. Aviabiletləri www.azal.az saytında əldə etmək mümkündür.
Uçuşlar haqqında ətraflı məlumat.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu: qadın və kişi sürücü yaralandı
5 may 2025 , 20:53
Şollarda asılmış kişi meyiti tapıldı - MÜƏMMALI İNTİHAR
5 may 2025 , 19:33
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə
5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU
5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB
5 may 2025 , 17:54
Bakıda hostel yandı
5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB
5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU
5 may 2025 , 15:38