
"Çağırıram, gəlmirsiz" - Natavan Zaurla Günaya irad tutdu - VİDEO
Müğənni Natavan Həbibi uzun fasilədən sonra efirə çıxıb.
Lent.az xəbər verir ki, "Zaurla Günaydın" proqramına gələn sənətçi aqresiv halı ilə diqqət çəkib. Natavan əvvəlcə bəstəkarları ona baha mahnı satması ilə bağlı tənqid edib.
"Qısqana-qısqana" oxuyan Həbibiyə aparıcı Günay Baxşəliyeva reper həyat yoldaşı Dadonu nəzərdə tutaraq "İndi evdə qısqana-qısqana baxır?" sualını ünvanlayıb. Natavanın əsəbləşdiyini görən aparıcı daha sonra "Balan necədir" sözlərini deyib.
"Mənə balam baxır. Uşaq mənimlə yatır. Ətrim, səsim, mahnılarımı sevir. Digər müğənnilərin mahnısına nisbətən məni dinləyir. Bilmirəm bu necə olur. Evdə televizoru açıq qoyuruq, yaxşı mahnı olanda baxır. Dəxlisiz müğənni oxuyan kimi uşaq dəyişir" deyə, Natavan söyləyib.
Sənətçi daha sonra oğlu Zeyid üçün qonaqlıq keçirəcəyini açıqlayıb. O, Zaur və Günaya üzünü tutaraq onların heç bir dəvətə gəlmədiyini deyərək, tənqid edib:
"Sizin toyunuzda, ad gününüzdə varam. Efirdə belə toy edirsiz, gəlirəm. Ad günü, toy, hara çağırıram, gəlmirsiniz. Bu yaxınlarda məclisim olacaq. Gələcəksinizsə, dəvət edim. Yoxsa, hörmətsizlik etməyin". (axşam.az)
Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35