
Uğurlu əməliyyat: narkotacir tutuldu
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkoticarətlə məşğul olan rayonun Şahağacı kənd sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kənd sakini Seyidağa Cabbarov saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Davam edən əməliyyat-axtarış tədbirləri ilə S.Cabbarova narkotik vasitəni satan şəxsin onun həmkəndlisi, əvvəllər məhkum olunmuş Hacıbaba Ağayev olduğu müəyyən edilib və o saxlanılıb. H.Ağayevin üzərinə keçirilən axtarış zamanı bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağayevə narkotik vasitəni satan şəxs də müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astaranın Şahağacı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Emil Babayev olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 10 bükümdə narkotik vasitə olan heroin və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Oxşar yazılar

Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34
Şöhrətin "dəli" etdiyi 5 ULDUZ
26 iyun 2025 , 10:42