
FHN metroda təlim keçdi - FOTO
Oktyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “İnşaatçılar” stansiyasında təlim-məşq keçirib.
FHN-dən Lent.az-a verilən məlumata görə, təlim-məşqə hər iki dövlət xidmətinin əməkdaşları ilə yanaşı Metropoliteninin işçiləri də cəlb olunublar. Stansiyanın kabel kollektorunda quraşdırılmış işıqforun tənzimləmə droselində baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub.
Tədbirdə şərti yanğın baş verən zaman stansiyanın növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in “112” qaynar xətti”nə yanğın barədə məlumat verilib. Daha sonra DYMX-nin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.
Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Oxşar yazılar

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07