
Azərbaycanda sərnişin avtobusuna hücum oldu
Goranboy rayonu ərazisində sərnişin avtobusuna hücum olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy rayonunun Nadirkənd kəndi yaxınlığında baş verib. Belə ki, naməlum şəxslər Gəncə-Bakı marşrutu ilə hərəkət edən avtobusa daş ataraq, şüşələrini sındırıblar. Hadisə nəticəsində yaralananlar var. Onlardan biri - 2000-ci il təvəllüdlü, Gəncə şəhər sakini Nağıyev Teymur Daşqın oğluna Goranboy rayon Təcili Tibbi Yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
Digər sərnişinlər isə müayinə olunublar. Onların arasında azyaşlıların da olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şərurda oğlan 54 yaşlı əmisini öldürdü
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12