
Tikintidə pul üstündə baş verən davada bir nəfər ağır xəsarət alıb
Bakının Nizami rayonunda kütləvi dava zamanı 34 yaşlı kişi nəfər xəsarət alıb.
Hadisə B.Çobanzadə küçəsində, "Oskar" restoranının yaxınlığında yerləşən tikintidə baş verib.
Belə ki, Elgiz və Səxavət adlı şəxslər, eləcə də, başqa 2 nəfər 1985-ci il təvəllüdlü Göyüşov Coşqun Ağalar oğlu ilə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı C.Göyüşov döyülərək xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona bədənin və başın küt travması, qolun və ayaqların əzilmiş yarası diaqnozu qoyulub.
İlkin məlumata görə, C.Göyüşovla digər şəxslər arasında pul üstündə mübahisə yaranıb. Nəticədə dava baş verib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41