
Hacı İsmayılov Afaq Bəşirqızını QINADI - SƏBƏB
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xalq artisti Afaq Bəşirqızının İttifaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın xəbərinə görə, H. İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, A. Bəşirqızının ittihamlarının əsası yoxdur.
“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır. Mən onun niyə bu cür danışdığını anlamıram. Niyə özünün qazandığı hörməti, sənətkarlarımızın ona qarşı bəslədiyi xoş və səmimi münasibəti aşağı salır? Ümumiyyətlə heç bir sənətkara belə işlərə qarışmağı arzu etmirəm. Hər kəs, o cümlədən də aktyor aktyorluqla, rejissor da rejissorluqla məşğul olsun”, - deyə H. İsmayılov vurğulayıb.
Qeyd edək ki, Xalq artisti A. Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur. O Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40