“Puşkin + “Yevgeni Onegin” tamaşası ilk dəfə Bakıda
18 oktyabr 2019 11:31 (UTC +04:00)

“Puşkin + “Yevgeni Onegin” tamaşası ilk dəfə Bakıda

Dekabrın 7-də Heydər Əliyev Sarayında ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi “Puşkin + “Yevgeni Onegin” tamaşası təqdim olunacaq.

Saraydan Lent.az-a verilən məlumata görə, “Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində nümayiş ediləcək monotamaşada Yelena Morozova Puşkinin “Yevgeni Onegin” əsərinin bütün qəhrəmanlarını canlandıraraq hamısının adından danışacaq.

Üslub və texnikaları ustalıqla dəyişərək, o, “rus həyatının ensiklopediyası”nın məğzini dəqiqliklə çatdırır. Qayğısız yuxarı təbəqə qadınlar, vacib generallar, aşiq olmuş Tatyana və baş qəhrəmanın özü qarşımızda sanki həqiqətən canlanırlar: Yelena Morozova, ən yaxşı müasir “oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıq və ilhamla gəlir. Puşkinin poemasının dəyişkənliyi, onun xəyali oxucu ilə eyni zamanda həm yüngül, həm də ciddi danışıq tərzi, aktrisanın yüksək texniki qabiliyyəti və istedadı hesabına, yeni kəşflər dolu, tamamlanmış teatral süjet kimi formalaşır. Puşkini “yeni qulaqla” eşitmək təəssüratı yaranır.

Xronometrajı 1 saat 15 dəqiqə olan səhnə əsəri rus dilində nümayiş ediləcək

# 796
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar