Musiqili Teatr beynəlxalq festivalda iştirak edib
18 oktyabr 2019 11:07 (UTC +04:00)

Musiqili Teatr beynəlxalq festivalda iştirak edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edib.

Lent.az xəbər verir ki, festivalda İtaliya, ABŞ, Rumıniya, Polşa, Macarıstan, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının kollektivləri iştirak edib.

Akademik Musiqili Teatrı festivalda XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biri və absurd teatrın yaradıcılarından sayılan Semyuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı əsəri böyük uğurla nümayiş etdirib.

Xalq artisti, bəstəkar Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən “Qodonun intizarında” tamaşasının bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Tamaşada rolları Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa ediblər.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

# 531
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar