Tanınmış meyxanaçımız adını dəyişib - <span style="color:red;">İLK DƏFƏ AÇIQLADI
16 oktyabr 2019 15:47 (UTC +04:00)

Tanınmış meyxanaçımız adını dəyişib - İLK DƏFƏ AÇIQLADI

Meyxanaçı Ələkbər Yasamallı əsl adının Ceyhun olduğunu deyib.

Lent.az-ın məlumatına görə, söz ustası bu barədə “Şou ATV”də danışıb: “Mənim əsl adım Ceyhun olub. Nənəmin qardaşı Ələkbər itkin düşdüyü üçün sonradan adımı Ələkbər qoyublar. Atam da mənə Ceyhun adı qoymaq istəyirdi, sonradan o adı əmim oğluna qoydular. O da dünyasını dəyişdi.

Ailədə 3 uşaq olmuşuq. İki bacının bir qardaşıyam. Atam 42 yaşında dünyasını dəyişdi. Mənimlə çay içən yerdə ürək çatışmazlığından vəfat elədi. Həmin vaxt 15 yaşım var idi. O gündən sonra anam bacılarıma dedi ki, bu gündən atanız Ələkbərdi. Mən bacılarımdan balaca olsam da, özümü evin böyüyü hesab eləyirdim. Allahdan sonra bu dünyada dəyər verdiyim anamdır. Bu həyatda itirdiyim şeylər çox olub. İnsan ən çox əzizlərini, dostlarını, insanlığını itirməkdən qorxur”.

 

# 11000
avatar

Yalçın UĞUR

Oxşar yazılar