214
13:04
16 Oktyabr 2019

"YARAT”da Rusiya filmləri nümayiş olunacaq

Oktyabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan altı qısametrajlı film nümayiş olunacaq.

Lent.az xəbər verir ki, filmlərin təqdimatı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə reallaşacaq. Belə ki, qeyd edilən tarixdə “Plastikin gücü”, “Ağac”, “İçində okean olan balıqqulağı”, “Bəxtsiz”, “Savadsızlığın ləğv edilməsi” və “Qadın yataqxanası” filmləri izləniləcək. Proqramın xronometrajı 1 saat 31 dəqiqədir. Filmlər rus dilində təqdim ediləcək.

Qeyd edək ki, “Artkino” Qısametrajlı Filmlər Festivalı, Rusiyada qısametrajlı film festivallarının ən irimiqyaslısıdır. Festivalda təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları deyil, həm də müstəqil müəlliflər iştirak edir.