Günel Viktoria Bekhemlə görüşdü -<span style="color:red;"> FOTO
16 oktyabr 2019 11:11 (UTC +04:00)

Günel Viktoria Bekhemlə görüşdü - FOTO

Bir neçə ildir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova məşhur modelyer Viktoria Bekhemlə görüşüb.

Lent.az-ın məlumatına görə, Günel bu barədə sosial şəbəkədə şəkillər paylaşaraq, təəssüratlarını yazıb:

“Dəhşətli hisslərdir: uşaqlıqdan hər zaman ilhamlandığın, ana, qadın, uğurlu iş xanımı, dəb ikonası kimi özünə örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi tədbirinə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq”.

Qeyd edək ki, Günel ailə qurduqdan sonra Amerikaya köçüb. Firuz adlı bəylə ailəli olan aparıcının bu evlilikdən bir övladı var.  

# 827
avatar

Yalçın UĞUR

Oxşar yazılar