
Ərdoğan: "Terrorizmə qarşı mübarizədə Türk Şurasından ciddi dəstək gözləyirik"
“BMT Baş Məclisi və İslam Əməkdaşlıq Təşkilatında Türk Şurasına müşahidəçi statusunun verilməsini arzulayırıq”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib.
Türkiyə Prezidenti Türk Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının vahid şəkildə hərəkət etmələrinin vacibliyini vurğulayıb.
Suriyanın şimalında Türkiyə ordusunun “Barış bulağı” adlı hərbi əməliyyatlara başladığını xatırladan Ərdoğan ölkəsinin terrorizmə qarşı apardığı mübarizədə Türk Şurasından ciddi dəstək gözlədiyini qeyd edib: “300 milyonluq türk dünyasının bizimlə olduğunu bilirik. Eyni zamanda, FETÖ-yə qarşı mübarizədə bizə göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirəm. Türkdilli dövlətlərin milli mübarizələrdə bir-birinin yanında olması qardaşlıq vəzifəsidir”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16