
Keçmiş məhkumlar narkotiklə yaxalandılar
Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayevdən 480 qram marixuana aşkar edilərək götürülüb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N. İbişovun yaşadığı evdən 131 qramdan artıq marixuana, 12 qrama yaxın heroin, 18 qramda çox tiryək və 8 ədəd tramadol həbi aşkar edilərək götürülüb.
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15