Yaponiyada tayfun qurbanlarının sayı 25 nəfərə çatıb - YENİLƏNİB
Yaponiyada “Hagibis” tayfunu qurbanlarının sayı 25 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Tayfun nəticəsində 10 nəfər itkin düşüb, 160-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.
09:12
Yaponiyada “Hagibis” tayfunu qurbanlarının sayı 18 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.
Tayfun nəticəsində 13 nəfər İtkin düşüb, 150-yə qədər şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaponiyada axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.
07:33
Yaponiyada güclü “Hagibis” tayfunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
APA Kyodo agentliyinə istinadla xəbər verir ki, son məlumatlara görə, azı 16 nəfər itkin düşüb, təxminən 125 nəfər yaralanıb.
TBS televiziya kanalı isə 22 nəfərin itkin düşdüyünü, təxminən 150 nəfərin yaralandığını bildirir.
Yaponiyanın Baş naziri Abe tayfun qurbanlarının ailələrinə başsağlığı verib.
"Hagibis" tayfunu Yaponiyanın daha çox İzu yarımadasının ərazisindəki Honşu adasına ziyan vurub. Tayfunun mərkəzindəki təzyiq 945 hektopaskal, küləyin sürəti saniyədə 45 metrə çatır. Atmosfer təzyiqi isə 65-dir.
Paytaxt Tokioda küləyin sürəti saniyədə 41,5 metrə çatıb. Bu sürət yük maşınını çevirmək, ağacları və elektrik ötürücülərinin dirəklərini yıxmaq üçün kifayət edir.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15