10:30
12 Oktyabr 2019

Ronaldo 700-cü qolunu vurub

Avro-2020-nin seçmə mərhələsinin 7-ci turunda Lüksemburqla keçirilən oyun (3:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Lent.az xəbər verir ki, 34 yaşlı hücumçu bu görüşdə peşəkar karyerasında 700-cü qolunu vurub.

Qeyd edək ki, “Yuventus”un futbolçusu karyerası ərzində 973 oyun keçirib və onların 458-ində rəqib qapılarına yol tapıb. Qol.az

Dİgər xəbərlər