
“Ağıllı” linzalar göz damcılarını əvəzləyəcək?
Dərmanları tədricən birbaşa gözə ifraz edən kontakt linzalar göz damcıları üçün mükəmməl alternativdir.
e-tibb.az xəbər verir ki, bu barədə ict.az xarici mediaya istinadən xəbər yayıb. Linzalar dərmanların gözün torlu qişasına çatdırılması problemini həll edir. Adətən, torlu qişaya toxunan xəstəliklərin müalicəsi üçün inyeksiyalar etmək tələb olunur. Bu, bir çox pasiyentlərdə qorxuya səbəb olur və nəticədə terapiyaya mane olur.
İltihabı aradan qaldırmaq xüsusiyyəti olan deksametazon yayan linzalar isə rahatlığı və istifadəsinin sadəliyi ilə fərqlənir. Linzalar uveit və makula ödemi olan heyvanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, linzalar bir həftə ərzində preparatın torlu qişaya ötürülməsinə zəmanət verib.
Əslində, linzalarla hər saat göz damcısından istifadə zamanı müşahidə olunan göstəriciləri 200 dəfə üstələyən konsentrasiyaya nail olunub. Effektivliyə görə isə, torlu qişanın zədələnməsinin qarşısının alınması baxımından linzalar inyeksiyalarla müqayisə edilə bilər. Alimlər yaxın zamanda kliniki sınaqlara başlayacaqlar.
e-tibb.az
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50