
Polislərin tapdığı tələbə ilə bağlı SON XƏBƏR
Təhsil haqqını ödəyə bilmədiyi üçün evdən qaçan, daha sonra hüquq-mühazifə orqanları tərəfindən tapılan tələbə Əsədulla Cəfərov artıq dərslərinə davam edir.
Bu barədə Lent.az-a Ə.Cəfərovun atası Əfqan Cəfərov məlumat verib. O bildirib ki, artıq bütün problemlər həll edilib:
“Oğlum artıq universitetə gedir, dərslərində iştirak edir. Ödənişlə bağlı bizə köməyi isə iş xanımı Ruhi Əliyeva göstərdi. Belə ki, övladımın növbəti üç illik təhsil haqqını Ruhi xanım ödəyəcək”.
Qeyd edək ki, 18 yaşlı tələbə Ə.Cəfərov Azərbaycan Dillər Universitetinin ispan-filologiyası ixtisası fakültəsinin II kurs tələbəsidir.
Xatırladaq ki, tələbə sentyabr ayının 19-da itkin düşmüş, oktyabr ayının 3-də isə tapılmışdı.
ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli isə saytımıza bildirmişdi ki, Ə.Cəfərov yeni dərs ilindən etibarən heç bir dərsdə iştirak etməyib.
Oxşar yazılar

Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək
9 iyul 2025 , 11:44
Bu BÜRCLƏRİN həyatında yaxın günlərdə möcüzələr baş verəcək
9 iyul 2025 , 09:09