Siyahıya alınmayanlar nə etməlidir? - <span style="color:red;">AÇIQLAMA
09 oktyabr 2019 16:40 (UTC +04:00)

Siyahıya alınmayanlar nə etməlidir? - AÇIQLAMA

Oktyabrın 1-dən ölkə ərazisində əhalinin siyahıyaalınması keçirilir. Proses sabah - oktyabrın 10-da başa çatmalıdır. Amma ətrafımızda olan bir çox insan prosesdən kənarda qalıb. Bu nə ilə bağlıdır?

Mövzu ilə bağlı Lent.az-ın suallarını Dövlət Statistika Komitəsindən cavablandırıblar. Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib ki, prosesin bitməsinə hələ iki gün qalıb: “Siyahıyaalınma prosesində bütün ev təsərrüftalarına gediləcək. Vətəndaşın harada qeydiyyata düşməsindən asılı olmayaraq, hazırda yaşadığı yerdə siyahıyaalınması aparılacaq”.

A.Abbasəliyevin fikrincə, siyahıyaalınma normal gedir, yerlərdən əldə olunan məlumatlar da bunu təsdiq edir. O qeyd edib ki, prosesi aparmaq üçün bütün ölkə üzrə 43 minə yaxın işçi ayrılıb”.

Komitənin mətbuat katibi Elməddin Quliyev isə bildirib ki, onlara gələn məlumatlara görə, siyahıyaalınma prosesində iştirak edənlər üstünlük təşkil edir: “Bizim “qaynar xətt” var. Kimisə siyahıya almayıblarsa, müraciət edə bilər. Siyahıyaalınma üçün ayrılan əməkdaş qapıyı döydüyü zaman ev təsərrüfatında heç kim olmazsa, evdə çətin tapılan insanlara ünvanlanmış sənəd doldurulur, evdə olduğu vaxt öyrənilir. Bundan sonra vətəndaşa uyğun olan saatda proses həyata keçirilir”.

Komitə rəsmisi onu da bildirib ki, bəzi insanlar qapı döyüləndə “domofon”dan baxır, tanımadığı adam görəndə qapını açmır: “İşdən gəldiyi, yorğun olduğu üçün sualları cavablandırmaq istəmədiyini deyənlər də olur”.

Qeyd edək ki, siyahıyaalınma prosesində  əhalinin sosial vəziyyəti ilə bağlı bütün məlumatların əldə olunması üçün vətəndaşlara 52 müxtəlif sual ünvanlanır.    

 

 

 

 

# 1607
avatar

Aygün İbrahimli

Oxşar yazılar