
"Qrin Kart"la bağlı saxtakarlıq - ABŞ səfirliyindən XƏBƏRDARLIQ
ABŞ-ın Azərbaycandakı səfirliyi Qrin Kart Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
“Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart proqramınına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”, - deyə səfirliyin məlumatında qeyd olunub.
Səfirlikdən onu da bildiriblər ki, yalnız rəsmi Dövlət Departamentinin saytı (http://www.dvlottery.state.gov.) vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərmək mümkündür.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35