Ofeliya Sənani infakt keçirib? - Nazirlikdən<span style="color:red;"> AÇIQLAMA
07 oktyabr 2019 10:20 (UTC +04:00)

Ofeliya Sənani infakt keçirib? - Nazirlikdən AÇIQLAMA

Səhiyyə Nazirliyi xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı məlumat verib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, xalq artisti oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub:

"İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".

# 1067
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar