"Deputatın dindirilməsi təxribatdı" - Rusiyadan SƏRT CAVAB
06 oktyabr 2019 11:25 (UTC +04:00)

"Deputatın dindirilməsi təxribatdı" - Rusiyadan SƏRT CAVAB

 
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Volodin deyib ki, İ. Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur,  ABŞ-da beynəlxalq foruma dəvət edilib.
 
Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.
 
Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar