
Baş Nazir müəllimləri təbrik etdi
Azərbaycanın baş naziri Novruz Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Lent.az bildirir ki, baş nazirin “Twitter” səhifəsində paylaşdığı təbrikdə qeyd edilir:
“Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Son illərdə təhsilin inkişafı ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinin maddi vəziyyəti, rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Ölkəmizdə hər il sayı artmaqda olan müasir məktəblər, yeni təhsil kompleksləri şagirdlərin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Təhsil işçilərinə hərtərəfli qayğı Azərbaycan dövlətinin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Əziz müəllimlər, bayramınızı təbrik edir, respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayıram”.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46