“Qarabağ” Lüksemburq çempionunu darmadağın edib
04 oktyabr 2019 01:47 (UTC +04:00)

“Qarabağ” Lüksemburq çempionunu darmadağın edib

 

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin II turunda meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri Lüksemburqda “Düdelanj”la qarşılayıb. Matçın favoriti olan Azərbaycan klubu görüşün taleyini ilk yarıda həll edib.

Təxribat üzündən 20-25 dəqiqəlik dayandırılan ilk 45 dəqiqədə “Qarabağ” üç cavabsız qol vurub. Abdullah Zubirin erkən qolundan sonra Miçel fərqi artırıb. Məcburi fasilədən sonra isə Riçard Almeyda penaltidən fərqi üç topa çatdırıb.

İkinci hissə də ağdamlıların üstünlüyü ilə keçib. Dəfələrlə real qol vəziyyəti yaradan “Qarabağ” 4-cü topu vurmaq şansını əldən verib. Yalnız hissənin ortalarında Dani Kintana fərqi 4-ə çatdırıb. 

Lakin meydan sahibləri təsəlli qolunu vura biliblər. Beləliklə, ilk turda “Sevilya”ya 0:3 hesabı ilə uduzan çempionumuz bu məğlubiyyətin əvəzini lüksemburqlulardan çıxıb.

Qeyd edək ki, qrupun digər matçında “Sevilya” APOEL-ə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
A qrupu, II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) - 1:4
Qollar:
Bernye, 90 - Zubir, 11, Miçel, 30, Riçard, 37 (pen), Kintana, 69
Qırmızı vərəqə: Qaros,62 (ikinci sarı)
Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kols, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Morren
Baş məşqçi: Bertran Krasson

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Con Biton (Şotlandiya)
Lüksemburq. “Josi Bartel” stadionu

 

1

Sevilya

2

2

0

0

4-0

6

2

Qarabağ

2

1

0

1

4-4

3

3

Düdelanj

2

1

0

1

5-7

3

4

APOEL

2

0

0

2

3-5

0

 

# 1254
avatar

Oxşar yazılar