

Gələn ildən "halal internet" xidməti start götürür - NƏLƏR DƏYİŞƏCƏK?
“2020-ci il yanvarın 1-dən provayderlər “halal internet” adlandırılan filtrlənmiş internet xidməti göstərməyə, televiziyalar isə verilişlərə yaş məhdudiyyətinin tətbiqinə hazır olmalıdır”.
Bu barədə Lent.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. O bildirib ki, gələn ilin ilk günündən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minir:

“Bu qanuna uyğun olaraq “Telekommunikasiya haqqında” qanuna da əlavələr edilib. Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.
Yəni, bütün provayderlər təmiz, “halal internet” xidməti üçün hazırlıqlar görməlidir”.
Osman Gündüz qeyd edib ki, əgər valideyn “halal internet” istəyirsə, provayderlər gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq:
“Təbii ki, bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya (süzgəc) sistemi qurmalıdırlar. Hazırda ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir”.
Ekspertin sözlərinə görə, adıçəkilən qanunvericiliyə görə, gələn ildən televiziyalarda yayımlanan hər bir informasiya məhsulu yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməlidir:
”Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq. Televiziya kanalları indidən buna hazır olmalıdırlar. İndiyədək kanallarda formalaşan informasiya məhsulları ekspertizadan keçirilməli və ya yaşa görə işarələnməlidir.
Eyni zamanda, adıçəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar”.
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12