Səfir: "Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir"
0
0
“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir: “Bununla mübarizə aparmaq üçün həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”.
0
0