
Tanınmış aktyorun ölüm səbəbi AÇIQLANDI
Türkiyənin tanınmış aktyorlarından olan Tarık Ünlüoğlunun ölüm səbəbi açıqlanıb.
Lent.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aktyorun həkimi olan Gökhan Demir bildirib ki, onun ölümünə səbəb xərçəng olub. G.Demir həmçinin qeyd edib ki, T.Ünlüoğlu 1 ilə yaxındır ki, ağciyər xərçəngindən müüalicə alıb:
“Biz müalicələrlə xəstəliklə çox mübarizə apardıq. Ancaq təəssüf ki, son müddətdə xəstəlik daha da kəskinləşdi. Tarık bəy dünən xəstəxanamıza gəldi, ancaq səylərimizə baxmayaraq o bu gün vəfat etdi”.
Qeyd edək ki, Reşat Tarık Ünlüoğlu 16 noyabr 1957-ci ildə anadan olub. Ankara Dövlət Konservatoriyasında opera fakültəsində təhsil aldıqdan sonra teatr fakültəsinə keçib. İyirmi ildən artıq müddətdə Ankara Dövlət Teatrında çalışıb, daha sonra İnstanbul Dövlət Teatrına keçib.
Tarık Ünlüoğlu teatrdakı fəaliyyəti ilə yanaşı kino sahəsində də çalışıb, bir çox serial və bədii filmdə rol alıb. "Kurtlar vadisi" serialında "Testere Necmi" rolu ilə daha da məşhurlaşıb.
Son dəfə aktyor “Eşkiya dünyaya hükümdar olmaz” serialında "Ünal Kaplan" rolunu canlandırıb.
Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38