Nar mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
01 oktyabr 2019 19:21 (UTC +04:00)

Nar mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Fidana's Home” adı ilə məşhur olan səhifəyə istinadla nar mürəbbəsinin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Nar, şəkər tozu, limon suyu, darçın çubuğu
 
Hazırlanması:
 
Narları dənələyib, qaba əlavə edirik. Üzərinə  şəkər tozunu töküb, şirə salana qədər saxlayırıq. Narın şirəsi çıxdıqdan sonra ocağa qoyub, dibindən yavaş-yavaş qarışdırırıq ki, yapışmasın. Sonra darçın çubuğunu və limon suyunu əlavə edirik. Bir az qaynadıqdan sonra ocaqdan götürürük. 
 
Nuş olsun!

# 1362
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar