Xalq artisti, tanınmış gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov ) “Hər şey daxil” verilişində gözlənilməz açıqlama verib. Lent.az-ın məlumatına görə, musiqiçi bildirib ki, illər öncə qazandığı pulu çölə atıb:
“Uzun illər öncə mənə pul lazım idi, kimdən istədimsə, vermədi. Səhəri gün toya getdim, çoxlu pul qazandım. Həmin pulu elə həmin gün havaya səpdim. Dedim ki, sən mənə dünən lazım idin, bu gün yox. Pula əl çirki deyirlər. Amma yaşamağımızın üçün əsas amil puldu. Onu da gərək kişi kimi qazanasan”.