Rasim Balayev onları məhkəmə ilə <span style="color:red;">HƏDƏLƏDİ
26 sentyabr 2019 17:09 (UTC +04:00)

Rasim Balayev onları məhkəmə ilə HƏDƏLƏDİ

Xalq artisti Rasim Balayev səhhəti ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, xalq artisti “Elgizlə izlə” verilişində bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

"Zəng edib dedilər ki, müsahibə almaq istəyirik. Cavab verdim ki, filmə çəkilmirəm, nə soruşacaqsınız? Həm də indi müalicə alıram, sonra danışarıq. Yaz-payız intensiv olaraq fizioterapiya müalicəsi alıram. Başqa söz dedim, onlar tam başqa şey yazıblar. Guya demişəm ki, ayaqlarım tutulub, su yığılıb. Allaha and olsun, mən elə söz deməmişəm. Xəbəri birinci vermək üçün insanı öldürərlər. Onları məhkəməyə də verə bilərəm, amma öz vicdanlarına buraxıram. Bunların ali məqsədi odur ki, oxunaqlı olsunlar. Onun üçün də ağızlarına gələni yazırlar".

 

# 2014
avatar

Yalçın UĞUR

Oxşar yazılar