Sosial şəbəkədə təbliğat: <span style="color:red;">KİMLƏR HƏBS EDİLƏ BİLƏR?
24 sentyabr 2019 16:55 (UTC +04:00)

Sosial şəbəkədə təbliğat: KİMLƏR HƏBS EDİLƏ BİLƏR?

“Sosial şəbəkələrdə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi, təbliğatı istiqamətində müşahidə olunan ictimai təhlükəli əməllər cinayət və inzibati xəta tərkibi yaradır”.
 
Bunu Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, bununla bağlı idarədə qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi diqqət mərkəzindədir:
 
 
“İnsanların bu gün sosial şəbəkələrdə daha çox təmas qurduğunu, ünsiyət məkanı olduğunu nəzərə alaraq, ictimai təhlükəli əməllərə meylli şəxslər bu imkandan yararlanmağa cəhd göstərir, narkotik vasitələrə maraq yaratmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bununla yanaşı, alkoqolizm, narkomanlıq diaqnozu qoyulan, eləcə də gəlir əldə etmək üçün narkotik vasitələrin satışında maraqlı olan şəxslər ictimai təhlükəlilik dərəcəsinə görə risk qrupuna aid edilirlər. 
 
Polisə daxil olan, aşkarlanan hər bir fakt üzrə risk qrupuna daxil olan şəxslərin ətrafında profilaktik, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onun təbliğınə yönələn faktların aşkar olunması, sübuta yetirilməsi üçün polis ən müasir kiber mexanizmlərdən istifadə edir”.
 
E.Hacıyev əlavə edib ki, narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsində mübarizə işinin effektivliyinin təmin olunmasında polislə yanaşı, hər bir vətəndaş fəallıq nümayiş etdirməldir.
 
Xatırladaq ki, sosial şəbəkədə narkotikdən istifadəni təbliğ edən Rafiq Qulizadə həbs edilib.
 
Narkotikdən istifadənin təbliğini əks etdirən videogörüntü yayıldıqdan sonra polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib və nəticədə R.Qulizadə saxlanılıb.
 
Onun üzərində aparılan şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilib və faktla əlaqədar toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
 
R.Qulizadə məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505

Oxşar yazılar