2028
14:52
24 Sentyabr 2019

"Pinqvin" torbalar ləğv edilir: əvəzində NƏ OLACAQ?

"Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyində hazırlanan təkliflər razılaşdırma mərhələsindədir".
Bu sözləri bir neçə gün əvvəl mediaya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. O bildirib ki, çox yüngül ("pinqvin") torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib:
"Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".
Ekoloq Telman Zeynalov Lent.az -a bildirib ki, “pinqvin” torbalara alternativ olaraq kağız torbaların düzəldilməsi doğru fikir deyil:
“Çünki bunun üçün meşələri qırmaq lazımdır. Bu isə yenə də təbiətimizə ziyan vuracaq. Digər alternativ parça torbaların olması isə müsbət haldır. Çünki hər yerdə satılan adi parçadan bunu hazırlamaq və istifadə etmək mümkündür.
Bundan başqa, keçmiş sovetlər dövründə geniş istifadə olunan kapron torbalar var idi. Balaca görünməyinə baxmayaraq, 10-20 kiloqram tuturdu. Həmin torbalar yararsız vəziyyətə düşmürdü və onun yenidən istifadəsi mümkün idi. Düşünürəm ki, əhali parça və kapron torbalardan istifadəyə keçməlidir”.