
Sosial evlərlə bağlı sualların cavablandırılmasında YENİLİK
Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə sentyabrın 23-dən Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir.
Bu barədə Lent.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib. Bildirilib ki, paralel olaraq Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.
Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi, habelə “MİDA-nın “Facebook”, “Instagram” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan ödənişsiz “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.
Oxşar yazılar

Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31
İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31
Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
4 iyul 2025 , 13:15