Səhhəti pisləşən Xalq artisti <span style="color:red;">AĞLADI : "Mənə kömək edin" - <span style="color:red;">VİDEO
24 sentyabr 2019 09:19 (UTC +04:00)

Səhhəti pisləşən Xalq artisti AĞLADI: "Mənə kömək edin" - VİDEO

Türkiyəyə müalicəyə yollanan Xalq artisti Naibə Allahverdiyevanın səhhəti yenidən pisləşib. Lent.az-ın məlumatına görə, tanınmış aktrisa “Elgizlə izlə” verilişində bildirib ki, səhhəti yaxşı deyil:

 

“MRT olundum, boynumu dopler elədirlər. Psixiatr məni danışdırdı, kadioloq iki dərman yazdı. Evə gəlib həmin dərmanları qəbul elədim. 2-3 gündən sonra vəziyyətim pisləşməyə başladı. Mən bunları niyə deyirəm? Çünki uzaqda qalıram. Onlar bilir ki, vəziyyətim pisdir. Mənə dedilər ki, “bizdə maşın yoxdur, siz gəlin”. Səhəri gün maşın tutub getdik. Məni xəstəxanaya yerləşdirdilər. Bilirsiniz də burda hər şey pulludur. Səhhətim çox pis idi, iynə vurdular, bütün bədənim keyidi. Məndən analiz aldılar, dedilər ki, bir dənə zəif mikrobun var. Dedim ki, mənim pulum yoxdur, artıq biletləri də almışdım, uçmalı idim. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. ( Ağlayır ) Təzyiqim var. Səhərə qədər yatmamışam. Bədənim yanır. Mənə kömək etsinlər”.

 

Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi: "Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".

Türkiyədəki həkim aktrisaya vurulan iynənin vaxtı keçmiş olduğunu bildirib.

 

# 11323
avatar

Yalçın UĞUR

Oxşar yazılar