"Dərdimi, şikayətimi kimə deyim?" - <span style="color:red;">Yeni ailə quran müğənnimiz
23 sentyabr 2019 12:36 (UTC +04:00)

"Dərdimi, şikayətimi kimə deyim?" - Yeni ailə quran müğənnimiz

"Azərbaycan müğənnilərini izləyirəm. Amma onların yollarını getmirəm. Nə yalan deyim, onlardan nümunə olaraq da heç nə götürmürəm. Ehtiyacım da yoxdur”. 

Lent.az xəbər verir ki, bu sözləri müğənni Əhməd Mustafayev “ATV maqazin Onlarla” verilişinə açıqlamasında deyib. Həmkarlarından söz açan ifaçı, onları tənbəl olmaqda qınadı:

“Mən də yaradıcılıq daha genişdir. Çünki mənim neçə illik musiqi təhsilim var, bu gün ondan bəhrələnirəm. Elə musiqilər dinləyirəm ki, heç Azərbaycanda 20 müğənnidən 1-ni dindirsən, bəlkə də o ifaçıları tanımırlar. Amma toy mahnılarını soruş, haradan desən bilirlər”.

Əhməd yeni işini də təqdim edib. O, sözləri və musiqisi özünə, aranjimanı isə Fərid Ağaya aid olan “Əzizim” adlı mahnısına ekran həyatı verib. Bayatıdan bəhrələndiyini bildirən Mustafayev klipdə rəqs qrupu ilə də sinxiron rəqs edib. Ekran işində bir model xanım da rol aldığını deyən ifaçı həyat yoldaşının qısqanclığından söz açıb:

“Son zamanlar məni çox sıxırlar. Bunlar işimdə normal olan şeylərdir. Dərdimi, şikayətimi kimə deyim? Belə olmaz (gülür). Mən artistəm. Klipdə həm mahnı oxuya bilərəm, həm də aktyorluq edə bilərəm”.

 

# 2099
avatar

Yalçın UĞUR

Oxşar yazılar