Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə doğulan 3-cü övladını “5/5” verilişində göstərib. Lent.az-ın məlumatına görə, ifaçı canlı efirdə oğlu üçün mahnı oxuyaraq, bu sözləri danışıb: “Ola bilər ki, 3-cü övladımı böyütməyə ömrüm yetmədi, ona görə də böyük oğlumu onun üçün hazırlayıram. O, ona həm ata, həm də qardaş olacaq. Şər deməsən, xeyir gəlməz”.
Qeyd edək ki, T.Şahmalıoğlu 54 yaşında 3-cü dəfə ata olduğu üçün müzakirə olunmuşdu.