Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə ikinci oldu
22 sentyabr 2019 19:35 (UTC +04:00)

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə ikinci oldu

Azərbaycan sablyaçısı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Satellite” turnirində gümüş medal qazanıb. 

Qılıncoynatma Federasiyasından APA-ya verilən məlumata görə, qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran idmançı uğurlu çıxışını finaladək davam etdirib. 

Lakin həlledici qarşılaşmada gürcüstanlı Lika Jijieşvili ilə üz-üzə gələn A. Başta 12:15 hesabı ilə uduzaraq, ikinci yerlə kifayətlənib. 

 

Digər milli üzvü Valeriya Bolşakova isə turnirin 1/4 final mərhələsinə kimi irəliləməyi bacarıb. O, yarımfinala gedən yolda A. Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub. 

Sevil Bünyatova və Səbinə Kərimova 1/8 finaladək irəliləyə biliblər. Onlar müvafiq olaraq, argentinalı Maurise Perez və türkiyəli Selin Unludağa uduzublar (hər ikisi 10:15). Aysel Əhədova isə 1/16 finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən idmaçı 1/8 finalda bolqarıstanlı İvan Mandova uduzub - 10:15.

# 778
avatar

Oxşar yazılar