Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20 sentyabr 2019 17:20 (UTC +04:00)

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

0
 
Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib. Qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin sıyahıda gedir. 
 
Bu barədə Lent.az-a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.
 
O qeyd edib ki, müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb: 
 
“Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2O15-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın idarəçisidir. 
 
4 ildir ki, ”Vikipediya”da fəaliyyət göstərir. Əsasən Azərbaycan  tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə status” alıb.
 
1998-ci ildə anadan olan Rüfət Rəhimov hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.
 
Ətraflı bu linkdə tanış ola bilərsiniz: https://meta.wikimedia.org/wiki/Global_sysops
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1077

Oxşar yazılar