Tanınmış meyxanaçı xanımına xəyanətdən danışdı: "Namussuz..." -<span style="color:red;"> VİDEO
20 sentyabr 2019 12:14 (UTC +04:00)

Tanınmış meyxanaçı xanımına xəyanətdən danışdı: "Namussuz..." - VİDEO

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə sevgili olması xəbərləri medianın gündəmindən düşmür.

Lent.az-ın redaktor.az-a istinadən verdiyi məlumata görə, meyxanaçı bildirib ki, haqqında deyilənlər yalandır. O, heç kimlə sevgili deyil, ailəsində isə heç bir problem yoxdur:

"Aysunla olan fotolarımız klip çəkilişindəndir. Yaxın günlərdə həmin klipi təqdim edəcəyik. Aramızda heç bir sevgi münasibəti yoxdur".

Meyxanaçı həyat yoldaşının onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Mənim həyat yoldaşım müsahibə verməyib. O, heç mobil telefon işlətmir, necə müsahibə verib?! Ailəm haqda yalan məlumat yazanlar başını daşa döyür. Hansısa namussuzun haqqı yoxdur ki, kiminsə həyat yoldaşının adından nəsə  yazsın...".

 

# 2097
avatar

Oxşar yazılar