Cavanşir Məmmədov onları tənqid etdi: <span style="color:red;">"Toy sənət deyil"
19 sentyabr 2019 16:38 (UTC +04:00)

Cavanşir Məmmədov onları tənqid etdi: "Toy sənət deyil"

Əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, müğənni verilişdə şou-biznes əhlindən danışıb: "Yalandan ev, maşın göstərirlər. Deyirlər, toya gedirəm, bununla özlərini yekə tuturlar. Toy sənət deyil. Mübariz Tağıyev toya getmir, amma sənəti var.

Şəkil paylaşırlar, müğənni evində ayqqabı ilə oturub. Adam evində ayaqqabı ilə oturur? İnstaqramda nəsə paylaşırlar, 5 min bəyənmə gəlir. Gedin konsert verin, o sizi bəyənənlərin 2 mini gəlsin izləməyə. Saxta işlərlə insanları çaşdırmayın.

Bu axının səbəbkarı sponsorlardır. Yeni gələndə başqa cür olurlar, sonra dəyişirlər. Bu da bizim millətə xas olan haldır".

 

# 1065
avatar

Yalçın UĞUR

Oxşar yazılar