
FHN sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılmasına dair seminar keçirdi
Bu gün “Park İNN” otelində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəlikləri ilə birlikdə seminar keçirib.
FHN-dən APA-ya verilən məlumata görə, “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ölkələrin ekspertlərini bir araya gətirməkdir.
Tədbiri Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev açaraq iştirakçıların nəzərinə çatdırıb ki, seminar EUR-OPA Böyük Risklər Sazişinin və bu istiqamətdə həyata keçirilən digər beynəlxalq və milli tədbirlərin nəticələrini təqdim etmək, sağlamlıq cəhətdən qüsurlu insanların ehtiyaclarını və sağlamlıq imkanı məhdud şəxslərin, miqrantların, məcburi köçkünlərin, qaçqınların və uşaqların qarşılaşdığı çətinlikləri müəyyən etmək üçün bir imkan olacaq.
Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin icraçı katibi Canluka Silvestrini, UNİCEF-in Azərbaycandakı Nümayəndeliyinin rəhbəri Edvard Karvardin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qriqoriyev seminarın təşkilinə görə təşəkkürlərini bildirib və tədbirin əhəmiyyətindən danışıblar.
Paralimpiyaçı idmançı Zinyət Vəliyeva tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, sağlamlıq imkanı məhdud şəxslərin problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən mühüm layihələrin önəmini vurğulayıb.
Seminarda “Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların təhlükələrdən qorunması sahəsindəki cari vəziyyətin təhlili”, “Sağlamlıq cəhətdən qüsurlu insanlara təhlükələrdən qoruması üzrə beynəlxalq öncül təcrübələr, layihələr və alətlər” mövzusunda məruzələr dinlənilib, həssas qrupların təhlükələrdən qorunması üzrə Azərbaycana ən uyğun ssenariyə dair fikir mübadiləsi aparılıb.
Seminara sentyabrın 19-da yekun vurulacaq.
Oxşar yazılar

Xankəndidə Zəfər Tağı olacaq-FOTO
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46