Milli musiqi yox, Üzeyir musiqi günü
18 sentyabr 2019 11:24 (UTC +04:00)

Milli musiqi yox, Üzeyir musiqi günü

Bu gün Azərbaycanda Üzeyir musiqi günü qeyd edilir. Bu barədə prezident fərmanı var. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 sentyabr 1995-ci il fərmanının 1-ci bəndində deyilir: 

Hər il sentyabr ayının 18-də Üzeyir musiqi günü keçirilsin.

 

O vaxtdan ölkədə Üzeyir musiqi günü keçirilir. Amma illər ötdükcə, istər rəsmi orqanlar, istərsə də mətbuat və televiziya bu günün adını dəyişərək Azərbaycanda musiqi günü kimi ifadə edirlər.

 

Qeyd edək ki, o fərmanı dəyişən heç bir sənəd yoxdur.  Sözügedən fərmandan çıxış edib xatırladırıq ki, bu gün Milli musiqi günü deyil, Üzeyir musiqi günüdür.

 

# 1338
avatar

Oxşar yazılar