Hakimi təhqir edən futbolçumuz cəzalandırıldı
17 sentyabr 2019 12:55 (UTC +04:00)

Hakimi təhqir edən futbolçumuz cəzalandırıldı

 
 
“Ağsu” klubunun futbolçusu Ceyhun Rəcəbli cəzalandırılıb.
 
APA-nın məlumatına görə, buna oyunçunun I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçında yol verdiyi hərəkət səbəb olub.
 
Qarşılaşmanın 51-ci dəqiqəsində C.Rəcəbli hakimə qarşı təhqiredici ifadələr işlədib. AFFA-nın İntizam Komitəsi buna görə futbolçuya 4 oyun cəza verib. “Ağsu” onun hərəkətinə üzündən 320 manat cərimə ödəməli olacaq.
 
# 583
avatar

Oxşar yazılar